İngiltərə Premyer Liqasından aşağı divizyaya yuvarlanan "Bolton" klubunda bir çox futbolçular komandanı tərk edib.
Korner.az-ın məlumatına görə, Paul Robinson, İvan Klasniç, Rikardo Qardner kimi futbolçuların ardından "Bolton"da icarə əsasında çıxış edən türkiyəli Tuncay Şanlı da klubun düşərgəsindən ayrılıb.
Şanlı daha əvvəl çıxış etdiyi "Volsburq" komandasına keçib və 2014 – cü ilə qədər müqavilə bağlayıb.