Çempionluğu iki tur əvvəl qeyd etmiş "Neftçi" "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayır. Korner.az-ın məlumatına görə, Böyükağa Hacıyevin komandası sabah matçın oynanılacağı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqə çıxacaq.
Komandanın aparıcı futbolçularından olan Bahadır Nəsimovla Alessandra Viana da Silva zədə səbəbindən kollektiv məşqlərdə iştirak edə bilmirlər. Onların “Qəbələ” ilə matçı buraxacağı da dəqiqləşib.
