“Bakı” paytaxt derbisinə itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, bu mövsüm zədəli futbolçuları ilə diqqət çəkən paytaxtın eyni adlı klubu daha 4 itki ilə üzləşib.
Belə ki, Uinston Parks, Aleksandr Şoliç, Maris Verpakovskis və Novruz Məmmədov qarşıdakı oyunda meydana çıxmaya bilərlər. Verpakovskis üçün artıq mövsüm başa çatıb. Digər üç oyunçunun isə kubokun finalına qədər meydana çıxması mümkündü.