“Neftçi” legionerini göndərdi
15.02.2023 , 17:57

“Neftçi” yarımmüdafiəçisi Gilyerme Pato ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qol vurub.
