Divizionda tura yekun vuruldu
15.02.2023 , 17:08

Azərbaycan I Divizionunda XV tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib. “Zirə”nin əvəzedici komandası “Sumqayıt”ı, “Kəpəz”in ikinciləri isə “Turan Tovuz”u məğlub edib.
“Qəbələ-2” – “Şamaxı-2” duelində qalib müəyyənləşməyib – 1:1. “Mingəçevir” isə evdə “Zaqatala” ilə heç-heçəyə razılaşıb – 2:2.
I Divizion
XV tur
15 fevral
Zirə-2 – Sumqayıt-2 – 3:1
Qollar: Samir Ağayev, 23. Xəqani Sadıxov, 39-pen; 90 – Maqsud Ələkbərov, 81.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Aydın Bəxşiyev, Əkbər Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”, 13:00
Qəbələ-2 – Şamaxı-2 – 1:1
Qollar: Sənan Ağalarov, 37 – Peyman Səmədli , 35.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Kərim Zeynalov, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Zeyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00
Kəpəz-2 – Turan Tovuz-2 – 1:0
Qollar: Elnur Cəfərov, 38.
Hakimlər: Emin Əliyev, Ruslan Quliyev, Orxan İbişov, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00
Mingəçevir – Zaqatala – 2:2
Qollar: Cavid Məmmədli, 31. Elvin Əliyev, 90+5 – Bəhruz Teymurov, 62. Cəlal Cəbrayılov, 69.
Qırmızı vərəqə: Elsevər Bəkirzadə, 53 (Mingəçevir)
Hakimlər: Nicat İsmayıllı, Elman Kərimov, Qəzənfər Məmmədov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
