"Hapoel"ə 0:4 hesablıq məğlubiyyətdən sonra "Neftçi"nin transferə çıxartdığı Mitreski yeniden komandaya qaytarılıb.
Korner.az– ın məlumatına görə, futbolçunun adi APOEL ilə oyunun sifarış ərizəsinə daxil olunub. Artıq əsas heyətə qaytarılan Mitreski bildirib ki: “İki həftə əvəzedici heyətlə məşq edib, orada bir neçə matçda oynadım. Lakin sonradan klubun hələ də mənə güvəndiyi bildirildi. Mənim adım Avropa Liqasının Kipr APOEL-i ilə oyunlara da sifariş olunub. Menecerim də klub prezidenti ilə söhbət edib. Karyeramın necə davam edəcəyi də yaxın günlərdə bilinəcək”.
