“Neftçi” azarkeşlərinə görə cərimələndi
23.02.2023 , 17:56

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” klubunun topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilsin;
XXIII turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin);
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilsin;
“Neftçi” – “Səbail” oyunundan əvvəl meydançanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilsin;
“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin;
“Sabah” klubunun texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilsin;
“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın, klub 1600 manat cərimə edilsin.
