Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Neftçi" sözügedən turnirin II təsnifatının cavab oyunu üçün Albaniyadadı.
Korner.az-ın məlumatına görə, yerli "Skenderbeu" ilə bu gün qarşılaşacaq "ağ-qaralar" Korçada azarkeşlərin təzyiqi ilə üzləşib. Bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, yerli fanatlar "Neftçi"nin oyun öncəsi məşqindən əvvəl və sonra komandamızın futbolçularının əleyhinə şüarlar səsləndirib, fitə basıblar.
