“Napoli”dən Xviça qərarı
03.04.2024 , 22:19

“Napoli” futbolçusu Xviça Kvaratsxeliya ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub oyunçunu komandada saxlamaq istəyir.
İtaliya mətbuatında yer alan xəbərə görə, “Napoli”nin 23 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istədiyi bildirilib.
Kvaratsxeliyanın “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
“Napoli”nin heyətində 81 oyuna çıxan ulduz futbolçu 24 qol vurub, 23 məhsuldar ötürmə edib.
Mina Musayeva
