“Beşiktaş” “Atletiko”nun futbolçusuna “elçi” düşdü
03.04.2024 , 22:12

“Beşiktaş” yay transfer dönəmində müdafiə xəttini gücləndirməyə çalışacaq.
Korner.az xəbər verir ki, klub “Atletiko”dan Stefan Saviçi heyətinə qatmaq istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, tərəflər arasında yaxın zamanda danışıqların olacağı gözlənilir.
Bu mövsüm “Atletiko”nun heyətində 27 rəsmi oyuna çıxan Stefan Saviç bu matçlarda hesaba töhfə verə bilməyib.
Mina Musayeva
