Mutunun yeni klubu məlum oldu
24.01.2024 , 21:55

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, mütəxəssis ölkəsinin ÇFR klubuna baş məşqçi təyin edilib.
Bu barədə yüksək liqa təmsilçisinin saytı məlumat yayıb.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
