“Turan Tovuz”dan ayrılıq
24.01.2024 , 20:37

“Turan Tovuz” daha bir futbolçusu ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi ilə Martin Petkov arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bundan əvvəl bölgə təmsilçisi Sərtan Taşkınla yolları ayırmışdı.
