big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mustafa Dənizli: “Türkiyənin Çanaqqalada o vaxt yaşadıqlarını Azərbaycan bu gün yaşayır”

18.03.2015 , 18:37

Bu gün Türkiyə və dünya tarixinin ən önəmli  döyüşlərindən biri Çanaqqala döyüşünün 100 illyidir! Bəli, məhz 100 il öncə inanılmaz bir cəsarət, mübarizə və fədakarlıq  sayəsində qəhrəman türk əsgərləri savaş boyunca 250 min şəhid versə də, dünyanın ən güclü, məğlubedilməz olduğu hesab edilən Böyük Britaniya qarşısında tarixi  zəfər qazanmışdı. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı  İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyaya etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Bu döyüş məhv olma həddindəki ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib, hər vətəndaşın xatirəsində qalıb.  

Bu tarixi zəfər haqqında düşüncələrini öyrənmək üçün bir müddət ölkəmizdə “Xəzər Lənkəran” klubunu da çalışdırmış məşhur türkiyəli məşqçi Mustafa Dənizli ilə əlaqə saxladıq: “Həmin gün Çanaqqalada qəhrəman türk əsgərləri müttəfiq dövlətlərin dənizdən və qurudan işğalına qarşı o günün çətin şərtlərində inanılmaz mücadilə sərgilədilər. Onsuz da savaşın başlanğıcında Atatürkün əsgərlərə dediyi belə bir şey vardır: “Mən sizə hücumu yox, ölməyi əmr edirəm” Onlara “öldürün” demir, lazım gəlsə, “özün də öl” deyir”. Yəni, qanının son damlasınadək savaş, amma düşməmim boğazı keçməsinə imkan vermə”. Etiraf etməliyəm ki, həmin savaş haqqında çox da məlumatlı deyiləm. Onsuz da orda zəfərin qazanılmasında əməyi keçən hər kəsin xatirəsi mənim üçün əzizdir. Savaşın əsas məqsədini Atatürkün az öncə bildirdiyim sözlərindən anlamaq olar. Fatma xanım, Seyid onbaşı kimi şəxslər bu ölkə böyük fədakarlıqlar etmişlər. 

Sırf düşmən boğazı keçməsin deyə, məhz Seyid onbaşının 215 kq-lıq (!!!)  top mərmisini 3 dəfə qaldırması nəticəsində düşmənin “Okean” adlı gəmisi suyun dibinə qərq olmuşdu. Biz bu gün belə qəhrəmanlıqların 100-cü il dönümüzü qeyd edirik. Hərdən düşünürəm, mən onların yerində olsaydım, eyni şeyləri edərdimmi? Cavabım şəksiz “hə”dir. Məgər biz başqa ölkənin insanıyıq? Türk olmaq elə qəhrəman olmaq deməkdir. İndi eyni şeyləri Azərbaycan yaşayır. Ermənistan sərhədində ölən əsgərlərimiz eyni məqsəd uğrunda canlarını verirlərmi?  Eləcə də 20 yanvarda müstəqillik uğrunda bədənlərini tank altına sipər edənlər də. Azərbaycanda çalışdığım müddətdə bunlar haqda çox şey eşitmişəm. Bunlar hamısı tarixə keçmiş isimlər, günlər, simvollardır. Həmçinin, “Nüsrət” mina gəmisinin etdiklərini unutmayaq. Həmin gəmi düşmən nəzarətindən qurtulmaq üçün gecə boyunca dənizə mina döşəmişdi. Onların adları bu gün məhz etdikləri həmin fədakarlıqlar üçün anılır. Conqbayrında, Gəliboluda, ümumiyyətlə, Çanaqqalanın hər qarış toprağında qan var. Kim üçün, nə üçün? Dünyanın ən güclü donanmasını məğlub etmək üçün! Bunu mütləq qeyd etməliyəm ki, o gün Mustafa Kamal Atatürk olmasaydı, həmin döyüşün qazanılması mümkünsüz idi. Hətta mənim adımın Mustafa olmasının səbəbi də onun xatirəsinədir”.

Ürfan Məmmədzadə

Son yazılar

To Top