Avropa Liqasının birincitəsnifat mərhələsində “Bakı” ilə qarşılaşan Sloveniya “Mura”sının futbolçularının meydana çıxdığı formalar qeyri-adiliyiylə çoxlarının diqqətini cəlb etdi. Sonradan bəlli oldu ki, Sloveniya təmsilçisinin oyunçularının geyindikləri “Bakı”nın farm-klubu hesab olunan “Lokomotiv”ə məxsus imiş. Məsələ ondadı ki, rəqib Bakıya ağ-qara zolaqlı forma ilə gəlibmiş. Ancaq paytaxtın eyniadlı komandası da zolaqlı formadan istifadə etdiyindən, son anda rəqibə “Lokomotiv”in formaları verilib. “Lokotomiv”in forma üzərindəki izləri (ad-soyad) yapışdırıcı “skoç”la “itirilib”.
