Ölkəmizi Avropa Liqasında təmsil edən "Bakı"nın I təsnifat mərhələsi çərçivəsində iyulun 12-də keçiriləcək Sloveniyada keçiriləcək "Mura" ilə oyunun biletyləri satışa çıxıb. Korner.az-ın məlumatına görə, artıq həmin matçın biletlərinin qiyməti də açıqlanıb.
Lendava stadionunda keçiriləcək "Mura" – "Bakı" matçının biletlərinin qiyməti 10-12 avro (9,64 – 11,58 manat) arasında dəyişir.
Qeyd edək ki, "Mura" – "Bakı" oyunu iyulun 12-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə isə hesab açılmayıb – 0:0.