"Beşiktaş"dan böyük ehtimalla ayrılacaq olan, eyni zamanda Finlandiya millisi ilə görüşdə yığma karyerasını bitirən Rüştü Rəcbər Türkiyənin başqa bir klubuna keçə bilər.
Korner.az-ın məlumatına görə, 39 yaşlı qapıçı İdarə heyətində azərbaycanlı iş adamı yer alan Mübariz Mənsimovlu "Kasımpaşa" klubunun maraq dairəsindədir.
Qeyd edək ki, Rüştünün futbol karyerasını bitirmək haqda düşünmədiyi və "Kasımpaşa"ya transfer olacağı bildirilir.
