big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Nuri Şahin ilə yalnız telefon əlaqəsi saxlaya bilirəm” – MÜSAHİBƏ

06.06.2012 , 10:35

“Sumqayıt” Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev və Ceyhun Sultanovun transferinin ardından növbəti futbolçu ilə masa arxasına əyləşməyə hazırlaşır.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2011/2012 mövsümünü Superliqada mübarizə aparan “Sivasspor”da keçirmiş Azərbaycan əsilli Məhəmməd Əli Atam icarə əsasında Sumqayıt təmsilçisinin şərəfini qorumağa yaxındır. O, bunu müsahibəsində də təsdiqləyib.

– 21 may 1988-ci ildə İstanbulda anadan olmuşam. Əslən azərbaycanlıyam. II Dünya Müharibəsi ərəfəsində babamın ailəsi Naxçıvan şəhərindən Türkiyənin İğdır vilayətinə köçüb. Atam İstanbulda anadan olub və bu şəhərdə ailə həyatı qurub. Hazırda bəzi qohumlarım Naxçıvanda yaşayır.

– Futbola gəlişiniz necə olub?
– Yaşadığımız ərazidə azərbaycanlılardan təşkil olunmuş həvəskar komanda fəaliyyət göstərirdi. 7 yaşım olarkən həmin klubda, “İfaspor”da məşqlərə başladım. 11 yaşım olarkən, həvəskarlar liqasının həlledici oyunları “Qalatasaray”ın bazası sayılan “Florya Metin Oktay Təsisləri”ndə keçirildi. Hansı komanda ilə oynadığımızı xatırlamıram. Qalib gəldiyimiz oyundan sonra “Fənərbaxça” və “Qalatasaray”ın məşqçiləri mənimlə maraqlanmağa başladı. Hər 2 klubdan təklif alsam da, “sarı-qırmızılı” komandanı seçdim. 2000-ci ildən etibarən “Qalatasaray”ın aşağı yaş qruplarındakı komandalarla oyunlara çıxdım. 2001-ci ildə “Qalatasaray” Akademiyasının yığması ilə Türkiyə çempionu oldum. Bir il sonra isə həmin komanda ilə Avropa çempionluğunu qazandım.

– “Qalatasaray”dakı çıxışın barəsində nə deyə bilərsiz?
– 2004-cü ildə “Qalatasaray”ın əvəzedici komandası ilə peşəkar müqavilə imzaladım. Əvəzedicilərdə 3 mövsüm forma geyindim. 2007/2008 mövsümündə “Cim-Bom”un əvəzedici komandasının kapitanı olmuşam. Həmin il 26 qarşılaşmada 4 qol vurmuşam. 2005-ci ildə “Qalatasaray”dakı uğurlu çıxışımla Türkiyənin 17 yaşadək futbolçulardan ibarət milli komandasına çağırıldım. Elə həmin il U-17 ilə Avropa çempionluğunu qazandım. 2008-ci ildə “Qalatasaray”ın əsas komandasına dəvət aldım və 3 illik müqavilə imzaladım. O zaman İstanbul klubunu Mixael Skibbe çalışdırırdı. 3 ay əsas heyətdə forma şansı qazana bilmədim və “Sarıyer”ə icarəyə verildim. Daha sonra Türkiyə 1-ci liqasında mübarizə aparan “Altay”da və “Erzincanspor”da icarədə çıxış etdim. 2011-ci ildə “Sivasspor”la üçillik müqvilə imzaladım.

– 2005-ci ildə Türkiyənin U-17 komandası ilə Avropa çempionu olmağını necə xatırlayırsız?
– Hazırda Türkiyə A millisinin baş məşqçisi olan Abdullah Avcı o zaman U-17-ni çalışdırırdı. Avropa çempionu olduğumuz heyətdə məndən başqa, hazırda “Real”da çıxış edən Nuri Şahin, “Qalatasaray”dan Aydın Yılmaz, “Fənərbaxça”dan Caner Erkin, Volkan Babacan, “Trabzonspor”dan Onur Kıvrak və başqaları çıxış edirdi. Avropa çempionatının final qarşılaşması mənim həyatıma qızıl hərflərlə yazıldı. Həlledici görüşdə Hollandiyanı 2:0 hesabı ilə məğlub etdiyimiz oyunu unuda bilmirəm. Nəzərinizə çatdırım ki, U-17-də 12 rəsmi qarşılaşmada meydana çıxmışam. Ümumilikdə Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarda 24 rəsmi oyun keçirmişəm və 6 qol vurmuşam.

– Nuri Şahin, Caner Erkin, Mehmet Yılmaz, Aydın Yılmaz kimi futbolçuların adını çəkdiniz. Hansı futbolçularla indi də əlaqə saxlayırsız?
– “Real”da çıxış edən Nuri Şahin İspaniyada yaşadığı üçün onunla yalnız telefonla əlaqə saxlaya bilirəm. Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turanla vaxtilə əvəzedici komandada birlikdə çıxış etmişəm. Onunla yaxşı münasibətim var. Ardanın “Atletiko”da uğur qazanacağına əminəm. Volkan Babacan, Onur Kıvrak, Aydın Yılmaz, Uğur Uçar kimi futbolçularla indi də dostluq edirəm. İstanbula gələn kimi “Qalatasaray”da çıxış edən əksər yerli futbolçular və məşqçilərlə əlaqə saxlayıb görüşürəm.

– 2011/2012 mövsümündə “Sivasspor”da neçə oyun keçirmisiz?
– Mövsüm ərzində əksər qarşılaşmalarda adım 18 nəfərlik iştirak ərizəsində olub. “Manisaspor”la oyunda meydana sonradan daxil olmuşam. “Cumhuriyyet Kuboku”nda “Kayserispor”la görüşdə çıxış edib, 1 qol vurmuşam. Mən uşaq yaşlarımdan sağ cinah müdafiəçisi kimi çıxış etmişəm. “Sivasspor”da bu mövqedə komandanın kapitanı təcrübəli futbolçu Uğur Kavuk yer alır. Adıçəkilən futbolçu 15 ildən çoxdur ki, Superliqada oynayır. Məhz bu səbəbə görə, “Sivasspor”da çox oynamaq şansı qazana bilmirəm.

– “Sivasspor”da çıxış edən və hazırda Azərbaycan millisinin şərəfini qoruyan Cihan Özkaradan hansı məlumatlar toplaya bilmisiz?
– Cihan “Sivasspor”un əsas futbolçularından sayılır. Olduqca peşəkardır. Onunla Azərbaycan, Bakı haqqında çox danışmışıq. Milli komandada uğurla çıxış edir.

– Azərbaycan Premyer Liqasından xəbərdarsız?
– Açığı, o qədər də maraqlanmırdım. Yalnız milli komandanın oyunlarına bacardığım qədər baxıram. Türkiyə yığmasını Bakıda məğlub etdiyiniz görüşü və cavab qarşılaşmasını bütünlüklə izləmişəm.

– “Sumqayıt”a keçidiniz barəsində nə deyə bilərsiz?
– Azərbaycanı çox sevirəm. Türkiyədə keçirilən bütün Azərbaycana aid tədbirlərdə canla-başla iştirak edirəm. Məsələn, sonuncu dəfə İstanbulun mərkəzində “Taksim meydanı”nda Xocalı Soyqrımı ilə əlaqədar böyük yürüşdə iştirak etmişəm. Mən 3 il bundan əvvəl Azərbaycana gəlməyə yaxın idim. Lakin bəzi səbəblərə görə, səfərim baş tutmamışdı. Azərbaycana gəlmək ən böyük arzularımdan biridir. Mən ölkəmi çox sevirəm. Hətta “Sivasspor”da mənə “azəri çocuk” deyə çağırırlar. Qaldı ki, “Sumqayıt”la danışıqlara, bir müddət əvvəl menecerim Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun mənim xidmətimdə maraqlı olduğunu dedi. “Sumqayıt” haqqında bəzi məlumatlar topladım. Gənclərdən qurulmuş bir komanda olduğunu gördüm. Ardından “Sumqayıt”ın prezidenti Kamran Quliyevlə əlaqə saxladım. Şərtlər məni razı saldığı üçün təklifi qəbul etdim. İndi “Sivasspor”un cavabını gözləyirəm. Tezliklə “Sumqayıt”la məsələni rəsmiləşdirəcəyəm.

– “Sumqayıt”a keçidin reallaşsa, hansı nömrəli futbol geyimi ilə çıxış edəcəksiz?
– İğdırdan olduğum üçün “Sivasspor”da da 76 nömrəli futbol geyimini seçmişdim. 76 İğdıra aid rəqəmdir. Burada öyrəndim ki, Uğur Pamuk bu nömrəli futbol geyimi ilə çıxış edir. Buna görə, 2 nömrəsini seçərdim.

Son yazılar

To Top