“Mövzu Vətəndirsə, gerisi təfərrüatdı” – Mahir Emreli
04.10.2019 , 16:32

“Qarabağ”ın futbolçusu Mahir Emreli Lüksemburqda “Düdelanj”la oyun zamanı baş vermiş erməni təxribatına münasibət bildirib.
Korner.az xəbər verir ki, futbolçu şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edərək belə yazıb: “Mövzu Vətəndisə, gerisi təfərrüatdı. Qarabağ Azərbaycanındı”.
Qeyd edək ki, “Qarabağ” “Düdelanj”a 4:1 hesabı ilə qalib gəlib.
