Morata bu həftə “Atletiko”nun futbolçusu olacaq
21.01.2019 , 10:33

Madridin “Atletiko” klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir. Bu barədə “Cadena Cope” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, “döşəkçilər” “Çelsi”nin futbolçusu Alvaro Morata ilə maraqlanır. Paytaxt klubu ispan forvardı icarə əsasında heyətinə qatmağa hazırlaşır.
Madridlilər ilk olaraq tamhüquqlu transfer düşünsələr də, sonradan Moratanı icarəyə götürmək qərarı verdilər. İspan mətbuatına görə, futbolçu artıq bu həftə “Atletiko”nun futbolçusu olacaq.
