Harden razıdır: “Qordon meydanda olanda oynamaq daha asan olur”
21.01.2019 , 10:26

“Hyuston Rokets”in basketolçusu Ceyms Harden zədəli olan komanda yoldaşı Erik Qordonun geri dönməsi haqda şərh bildirib. ESPN nəşrinə danışan müdafiəçi durumdan razı görünür.
Onun sözlərinə görə, Qordon qayıtdıqdan sonra Harden daha az əziyyət çəkir: “Qordonun qayıdışı üzərimdən yük götürdümü? Şübhəsiz, onun qayıdışı mənim üzərimdən hədsiz dərəcədə çox yük götürdü. Qordon istedadlı futbolçudu və zəngin hücum arsenalına malikdi. O məsafəli atışları və səbət altına daxil olub xal qazanmağı bacarır. Meydanda səninlə bu cür oyunçu olduqda oynamaq daha asan olur”
Qordon bu mövsüm 16.2 xal ortalaması ilə oynayır.
