Morata ağlayaraq meydanı tərk etdi
12.02.2024 , 10:33
“Atletiko”nun futbolçusu Alvaro Morata ciddi zədələnib.
Korner.az-ın məlunatına görə, ispaniyalı forvard “Sevilya” ilə oyunda sıradan çıxıb. Zədəsi ciddi olan futbolçu matçı davam etdirə bilməyib və göz yaşları içində meydanı tərk edib.
Moratanın hansı müddətə sıradan çıxdığı həkim müayinəsindən sonra bilinəcək.