“Yuventus”un ulduzu “Bavariya”ya keçir?
12.02.2024 , 10:20

“Yuventus”un futbolçusu Adrien Rabyo komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını Almaniyada davam etdirməyə yaxındır.
“Bavariya” fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Münhen klubu Rabyonu yayda heyətinə qatmaq istəyir.
28 yaşlı futbolçu 2019-cu ildən “Yuventus”un formasını geyinir.
