Millinin oyunlarını idarə edəcək hakimlər açıqlandı
04.10.2022 , 13:47
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Polşa və oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı Qazaxıstandan, səfərdəki oyunu isə İsveçdən olan hakimlər briqadası idarə edəcək:
Azərbaycan – Polşa
7 oktaybr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Aslan Qalayev, Talqat Kosmuxambetov, Turexam Tursumbayev
Timekipper: Rza Məmmədov
Hakim-inspektor: Eichler Sven (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
Yunanıstan – Azərbaycan
11 oktyabr. Afina. Teodoros-Putos İdman zalı. Saat 19:00
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian
Hakim-inspektor: Vilvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Artur Admiral (Niderland)
