“Qarabağ”ın Yunanıstan planı
04.10.2022 , 14:18

Avropa Liqasının qrup mərhələsində “Olimpiakos” ilə qarşılaşacaq “Qarabağ” oktyabrın 5-i Yunanıstana yollanacaq.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Yunanıstana aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Oktyabrın 5-i saat 16:30-da (Bakı vaxtı ilə 18:30) Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə (Bakı vaxtı ilə 23:00) matçın keçiriləcəyi Georgios Karaiskakis stadionunda Ağdam klubunun media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
“Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
