Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik” İspaniya Sequndasında növbəti oyununa çıxıb.
Komanda 6-cı turda “Saraqosa” ilə qarşılaşıb və heç-heç edib – 1:1.
“Saraqosa” – “Ximnastik” – 1:1
Qollar: Toquero, 19 (1:0), Mesa, 87 (1:1)
Millimizin futbolçusu sözügedən qarşılaşmada iştirak etməyib. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.
