Millimizdən növbəti məğlubiyyət
09.04.2024 , 16:25

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz B Liqasının 1-ci qrupunda Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
U-19 daha öncə Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.
Bolqarıstan 9 xalla qrupda liderdir. Latviya 6, Monteneqro 3, Azərbaycan isə 0 xal toplayıb.
