İtaliya klubu onu transfer edir
09.04.2024 , 17:20

“Latsio”nun futbolçusu Felipe Anderson İtaliya klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, onunla “Yuventus” yaxından maraqlanır.
30 yaşlı vinger Turin təmsilçisi ilə danışıqlar aparır.
“Yuventus” braziliyalı oyunçuya illik 4 milyon avro maaş təklif edir.
Anderson bu mövsüm 43 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.
