DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sabah İsrail seçməsi ilə qarşılaşacaq millimizdə zədə epidemiyası davam edir. Korner.az-ın məlumatına görə, sabahkı oyunda Ufuk Budaq yığmamıza kömək etməyəcəyi dəqiqləşib. Türkiyəli legionerin zədəsi olduğuna görə sabahkı oyunda meydana çıxa bilməyəcək. Digər futbolçular Mahir Şükürov və Ruslan Abışov isə soyuqlayıb. Buna görə də, bu futbolçuların sabahkı oyunda milliyə kömək edib-etməyəcəyi dəqiq bilinmir.
