Bu gün milli komandamız növbəti yoldaşlıq oyununu keçirib. Korner.az-ın məlumatına görə, Berti Foqtslu yığmanın rəqibi Yaponiya olub.
Səfər meydanında mübarizə aparan millimiz bu matçdan məğlub ayrılıb. Hər hissədə bir dəfə fərqlənən meydan sahibləri matçdan 2:0-lıq qələbə ilə ayrılmağı bacarıblar.
Qedy edək ki, Şizuoka şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 15:15-də start götürüb. Oyunu Sinqapurdan olan hakimlər briqadası idarə edib.
15:15. YAPONİYA – AZƏRBAYCAN 2:0
QOL: Kaqava (43), Aqil Nəbiyev (58 ö/q)
Baş hakim: Əbdül Malik Əbdülbəşir (Sinqapur)
Baş hakimin köməkçiləri: Cefri Goh Gek Peng, Yeu Mung Tang (hər ikisi – Sinqapur)
Dördüncü hakim: Minoru Tojo (Yaponiya)
Hakim-inspektor: Keyt Hill (İngiltərə)
Şizuoka. “Ekopa” stadionu