big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Azərbaycan çempionatı II Bundesliqanın aşağı yarısı ilə müqayisə oluna bilər”

23.05.2012 , 11:41

“Adım Berti Foqtsun açıqladığı 24 nəfərlik siyahıdadır. Andorra ilə yoldaşlıq oyununda şans qazanacağımı gözləyirəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Uğur Pamuk deyib.

“Sumqayıt” klubunda oynayan almaniyalı futbolçu Bilefeld şəhərində istirahətdədir. Türk əsilli milliləşən legioner yığmamızın düşərgəsinə Yaponiya ilə bugünkü oyundan sonra Almaniyada qoşulacaq: “Milli Almaniyada yeni tərkibdə yığışacaq. Yığmanın heyətində DÇ-2014-ün seçmə oyunlarında meydana çıxmaq mənim arzumdur. Almaniya vətəndaşı olsam da, türk və azərbaycanlı köklərim də var”.

Pamuk “Sumqayıt”dakı işləri, çempionatımızın səviyyəsi haqda da danışıb: “Mən əvvəl Azərbaycan çempionatının səviyyəsini düzgün qiymətləndirmirdim. İndisə görürəm ki, oynadığım çempionat Almaniyanın II Bundesliqasının aşağı yarısı ilə müqayisə oluna bilər. Orada mentalitet də Almaniyadakından fərqlidir. Orda daha aqresivdirlər. Həm də Azərbaycanda yaş amili rol oynayır. Nisbətən böyüklər daha çox söz demək haqqı qazanır”.

Yarımmüdafiəçi “Sumqayıt”ın Premyer Liqadakı durumundan da bəhs edib: “Oyunumuzu mövsümün sonuna yaxın tapdıq. Lakin sonuncu yeri tutmağımız üçün üzülməməliyik. Azərbaycan çempionatında komandaların sayı 12-dən 16-ya qədər artırılacağından yerimizi itirməyəcəyik”.

Pamuk digər klublarımızın da diqqətini cəlb etdiyini bildirib: “Azərbaycan Premyer Liqasının daha 3 klubu məni heyətində görmək istəyir. Lakin “Sumqayıt”ı tərk edən deyiləm. Müqaviləmin bitəcəyi 2013-cü ilin yayına kimi orada qalacağam”.

Son yazılar

To Top