Bu gün Bakıda keçirilən UEFA-nın İnkişaf turnirinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət
Azərbaycan millisi bu gün sonuncu matçına çıxıb. Yunanıstanla qarşılaşan milli komandamız rəqibini 3:0 hesabı ilə məğlub edib.
İlk oyunda Qazaxıstanı 4:0, ikinci görüşdə Gürcüstanı 2:1 hesabı ilə üstələn millimiz turnirin qalibi olub.
Turun digər matçında Gürcüstan millisi Qazaxıstana 2 cavabsız qolla qalib gəlib və turniri 2-ci pillədə başa vurub.
14 aprel
Azərbaycan – Yunanıstan – 3:0
Qollar: Fərid Nəbiyev, 20 (1:0), 42 (2:0), Cavidan Qasımlı, 80 (3:0)
Qazaxıstan – Gürcüstan – 0:2