17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Gürcüstanın paytaxtı Tblisidə UEFA tərəfindən təşkil olunmuş turnir çərçivəsində bu gün Türkiyə – Azərbaycan oyunu keçirilib.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma 3:1 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Maya Danqadze fərqlənib.
