“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını dərc edib.
Korner.az-ın məlumatına görə, sıralamanın 1-ci pilləsi "Mançester Yunayted"ə məxsusdur ki, "qırmızı şeytanlar" ötən ilə nisbətən 20 faiz bahalaşıblar. Kluba verilən qiymət 2.2 milyard dollardır. Siyahının 2-ci pilləsində isə "Real" (Madrid) qərarlaşıb. "Kral klubu"nun da qiyməti 29 faiz artaraq 1.8 milyarda çatıb. 3-cü pillədə İspaniyanın digər təmsilçisi "Barselona" yer alır. Katalonlara ölçülən qiymət isə, 1.3 milyard dollar məbləğindədir.
İlk “10-luq”da sonrakı pillələri İngiltərə, İtaliya və Almaniya klubları tutur:
4. “Arsenal” (İngiltərə) – 1,2 milyard dollar
5. “Bavariya” (Almaniya) – 1,2
6. “Milan” (İtaliya) – 989 milyon
7. “Çelsi” (İngiltərə) – 761
8. “Liverpul” (İngiltərə) – 619
9. “Yuventus” (İtaliya) – 591
10. “Şalke” (Almaniya) – 587