Türkiyənin "Qalatasaray" klubu Superliqada liderliyini qoruyub çempionluqa addım atdıqca, bir yandan da transfer hərəkatına keçib.
Korner.az-ın məlumatına görə, "Cim-bom"un prezidenti Ünal Aysal komandada görmək istədiyi "Mançester Yunayted"in hücumçusu Dimitar Berbatovun keçidi üçün bütün detalların həll olunduğu bildirilir.
Əgər "Qalatasaray" Çempionlar Liqasına vəsiqə qazansa o zaman bu keçid daha tez həllini tapacaq.
