Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama matçını keçirib
Korner.az-ın məlumatına görə, yığmamız bu dəfə Qana millisi ilə qarşılaşıb. Bu oyunda millimiz 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, milli komandamız ilk görüşündə Qazaxıstanın “Atırau” klubunu 2:1 hesabı ilə məğlub edib.
25 fevral
Yoxlama oyunu
18:00. Azərbaycan (U-21) – Qana (U-21) – 1:2
Qollar: Azad Kərimov, 33 (1:0), Muttallima Tellur, 35-avtoqol (1:1), Osabutey Jonah, 66 (1:2)
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Cəmil Hacıyev, Azər Salahlı, Elnur Cəfərov, Azad Kərimov, Vüqar Mustafayev, Tellur Mütəllimov, Rahil Məmmədov, Taşın İlter, Coşqun Diniyev, Orxan Əliyev.
