Birinci divizionun 17-ci turunda keçiriləcək “Neftçala” – “Turan Tovuz” oyunu canlı yayımlanacaq.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, “Neftçala” – “Turan Tovuz” matçı fevralın 27-i, saat 17:00-da başlayacaq.
