Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması bu gün növbəti yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, komandamız Belarusun U-17 yığması ilə qarşılaşıb.
Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan millimiz ikinci hissədə də dönüş yarada bilməyib.
Qeyd edək ki, U-16 millimiz Antalyada ilk yoxlama görüşündə İsveçrənin “Benfika” klubunu 9:0 hesabı ilə darmadağın edib.
24 fevral
Yoxlama oyunu
Azərbaycan (U-16) – Belarus (U-17) – 1:2
Qollar: Lisakoviç, 5, 17 (0:2), Pilağa Mehdiyev, 40 (1:2)
