Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2014 öncəsi son sınağına çıxıb. Korner.az-ın məlumatına görə, Berti Foqtslu yığma Bəhreynlə yoldaşlıq oyunu keçirib.
Milli komandamız çox zəif təsir bağışlayan Bəhreyn yığmasını 3 cavabsız qolla məğlub etməyi bacarıb. İlk hissədə Branimir Subaşiçin vurduğu qolla fasiləyə minimal hesablı üstünlüklə yollanan Berti Foqtsun yetirmələri, daha sonra 2 qol da vuraraq böyükhesablı qələbə qazanıb.
15 avqust
Beynəlxalq yoldaşlıq görüşü
18:00. Azərbaycan – Bəhreyn 3:0
Qollar: Branimir Subaşiç (35), Cihan Özkara (59), Cavid Hüseynov (78)
Milli komandamız görüşün 34-cü dəqiqəsində Rəşad Sadıqovun yerinə yetirdiyi penalti zərbəsindən yararlana bilmədi.
Azərbaycan: Kamran Ağayev, Elnur Allahverdiyev, Branimir Subaşiç, Rauf Əliyev, Rəşad Sadıqov (k), Ruslan Abışov, Vüqar Nadirov, Maksim Medvedyev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əli Gökdəmir
Bəhreyn: Ahmed Abbas, İsa Salman, Yusif Abdulla, Duai Muhammed, Abdulahmed Saleh, Saab Daşot, Ali Abdulvahid, Abdulrahman Muhammed, Xalil Raşşen, Yusif Fərhad, İsmayıl Abdulla
