Milli komandamızın hücumçusu Vüqar Əsgərovun Latviya çempionatının 8-ci turunda möhtəşəm qola imza atıb. Korner.az-ın məlumatına görə, hücumçumuz ölkə çempionatının “Dauqava” ilə səfər oyununun 86-cı dəqiqəsində baxımlı qola imza atıb.
İkinci hissədə meydana çıxan Əsgərov 86-cı dəqiqədə vurduğu möhtəşəm qolla komandasının qələbəsini rəsmiləşdirib.