"Bakı"nın U-16 komandasının "Vətən" üzərində qələbəsi və sona 5 tur qalmış Azərbaycan çempionu titulunu qoruması böyük sevincə səbəb olub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov çempion heyətin üzvləri və məşqçi heyətini təbrik edib.
Komandanın baş məşqçisi Adnan Yazıçıoğlu, məşqçi Niazi Rzayev, futbolçular Valeh Seyidov və Vüqar Namazəliyev bu əlamətdar gündə ürək sözlərini klub televiziyasının izləyiciləri ilə bölüşüblər.