Milli Antalyaya yollandı
05.03.2022 , 17:30

Azərbaycanın para-atletika üzrə yığma komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yola düşüb.
Korner.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə komandası baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 02-09 may 2022 ci tarixlərində Italiyanın Yesolo şəhərində keçiriləcək para atletika üzrə lisenziya xarakterli Qran Pri yarışına səmərəli hazırlaşma məqsədilə 05-16 mart 2022 ci il tarixlərində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplatısına yola düşüblər.
