“Milan”dan növbəti transfer
20.07.2023 , 10:58

“Milan” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi Niderland “Alkmar”ının yarımmüdafiəçisi Ticani Reyndersi heyətinə qatıb.
Holland futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Milan” bu transfer üçün “Alkmar”a 19 milyon avro ödəyib.
