“Milan” yeni stadion tikməyə hazırlaşır.
Korner.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, klub 2017-ci ildən ev oyunlarını “San Siro” stadionunda oynamayacaq. Rəhbərlik bu stadiona 6 km yaxınlıqda yeni stadion tikəcək. Tikinti işlərinə növbəti ildə başlanılması planlaşdırılır.
Qeyd edək ki, “Milan” 1926-ci ildən ev oyunlarını “San Siro”da keçirir.
