İspaniya Primerosu çərçivəsində ötən gecə “Valensiya”nın qonağı olan “Barselona”nın forvardı Lionel Messinin başına butulka atılıb.
Korner.az-ın məlumatına görə, yerli azarkeşlərdən biri matçın 94-cü dəqiqəsində vurulan qolu bayram edən “Barsa”lı futbolçulara tərəf plastik su butulkası atıb.
Messi baş verən hadisəyə görə hakimə etiraz etsə də, referi şikayətini nəzərə almaq əvəzinə, ona sarı vərəqə göstərib.
