big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mehmet Ak: “Mustafa Dənizliyə də, Oğuz Çətinə də dedim ki…” (MÜSAHİBƏ)

26.01.2015 , 08:27

“Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi Mehmet Akın Korner.az-a müsahibəsi.

– Azərbaycandan ayrıldıqdan sonra hansı klublarda çalışdınız?
– Ordan gələndən sonra Türkiyədə 3 klubda baş məşqçilik etdim. Onlardan ikisi aşağı liqaya yuvarlanırdı, oynadıqları liqada saxlaya bildim. “Kırıkhanspor”da isə daha ciddi uğurlar əldə edirdik. Həm liqada, həm də ölkə kubokunda inamla irəlilıyirdik. Lakin klub maliyyə böhranı ilə üzləşdi. Türkiyədə qarşılıqlı anlaşılma olmasa, futbolçuları klubda saxlamaq çox çətin olur. Bu səbəbdən mənim kluba gətirdiyim bir neçə oyunçu klubdan ayrılmaq məcburiyyətində qaldı. Təxminən ayyarımdı ordan ayrılmışam.

– Klub fəaliyyətini dayandırdı?
– Yox, fəaliyyətini davam etdirir, amma bir xeyli borcu var. İşləyə bilməmiz üçün ortada hədəf olmalıydı. Gənc oyunçuları yetişdirmək və çempion olmaq kimi aşağı liqaya düşməmək də bir hədəfdi. Bu hədəflərin olması üçün də ortada bir proqramın, planın olması ilə bərabər, maliyyə vəziyyətinin də qaydada olması lazımdı. Əgər hədəflərinlə maliyyə vəziyyətin uyğun gəlmirsə nəticə də istənilən kimi olmur. 

– Yəqin ki, gələndən sonra da Azərbaycan futbolunu izləyirsiz?
– Əlbəttə. Hətta, “TRT Avaz”da yayımlanan “Futbol Avrasiya” adlı proqramda çalışarkən Azərbaycan futbolundan da danışmışam dəfələrlə. Hərdən Azərbaycan futbolunun önəmli şəxsləri ilə telefon əlaqəsi saxlayıb verilişə qonaq edirdik. Klubların düşərgələrini ziyarət edir, videoreportajlar hazırlayıb verilişdə nümayiş etdirirdik. Burda olarkən U-17-nin məşqçiləri və digər futbolçularla da söhbətlərim olub.
 
– İzləyirsizsə, deməli, son bir ildə “Xəzər Lənkəran”a iki türk çalışdırıcının – Mustafa Dənizli və Oğuz Çətinin gəlib-getdiyini də bilirsiz. Hər ikisi, xüsusilə də Dənizli zəngin təcrübəyə sahib insandı. Niyə türk və bir çox xarici məşqçilər Azərbaycanda uğurlu ola bilmir? 
– Yad ölkəyə gələn məşqçi oranın mədəniyyətini, mətbəxini, milli bayramlarını, matəm günlərini, adət-ənənələrini bilməlidi. Yox, əgər sadəcə çamadanını yığıb “Mən Azərbaycana işləməyə gedirəm” deyirsənsə, təbii ki, uğur qazanmaq imkanı yoxdu. “Azərbaycana gəlmiş 3 ən yaxşı türk məşqçinin adını sayın” – desək, biri Mehmet Akdır deyərlər, ya deməzlər – bilmirəm, amma mən o ölkəyə gedəndə Azərbaycanın milli bayramları və yuxarıda sadaladığım bir çox məlumatı incələyib getmişdim. Mustafa Dənizli “Xəzər Lənkəran”la müqavilə bağlayanda dedim ki, əslində, asan görünən, amma çox çətin olan bir yerə gedirsiniz, Azərbaycanı sizə düzgün tanıdacaq insanlara ehtiyacınız var. Oğuz Çətinə də eyni şeyləri xatırlatmışdım. 

– Yəni Dənizli bu qədər sadəlövh idi ki, bunları bilmirdi və bacarmadı?
– Bəlkə də, bacarmadı. Amma tək Mustafa Dənizlini yox, daha öncə gəlib uğursuz olan məşqçilərə də bu şeyləri aid etmək olar. Azərbaycana gələndə hədəfin pul qazanmaq olmamalıdı. Mən Azərbaycana bu məqsədlə gəlməmişdim. Ölkənizdə 3 ilə yaxın işlədim. “Qarabağ”da işləməyə başlayanda maaşım çox gülünc idi. Amma ikinci səfərində yaxşı əməkhaqqı alırdım. Hətta ilk dəfə gedəndə: “Mən burda uğursuzluqla üzləşsəm, mənimlə işləməyə də bilərsiniz, amma əgər uğur qazansam, istədiyim pulu verməli olacaqsız” – dedim. Bu səbəbdən Azərbaycanda özümü sübut etdiyimi düşünürəm. Bu ölkəyə baş məşqçi gedirsənsə, jurnalistlərlə təkcə futbol haqda deyil, Azərbaycan haqqında da müzakirə apara biləcək bilgilərə sahib olmalısan. Məsələn, mən boş zamanlarda Bakıdaki tarixi yerlərə gedirdim. Tətillərdə dərhal Türkiyəyə dönmürdüm. “Qarabağ”a ilk dəfə gələndə 6 ay vətənimə getməmişdim. Bir sözlə, bunları edən hər məşqçi uğur qazana biləcək. 

– Mustafa Dənizliyə “Azərbaycanı yaxşı tanıyan adama ehtiyacınız var” demişdiz. Siz ki yaxşı tanıyırdız, nə əcəb sizə təklif etmədi məşqçi postunu?
– Açığı, ondan belə bir təklif almamışam. Azərbaycanı bilən türk məşqçi kimi yardım etməyə hazır idim. Yunis Hüseynov Lənkəranda baş məşqçi olduğu zaman mənə zəng etdi. İşləmək istədiyi bildirdi. Mənim isə o zaman klubumla müqaviləm vardı. Buna görə də, bu təklifi qəbul etmədim. Mustafa Dənizli ilə dı danışanda işsiz deyildim.
 
– Yəni təklif etsə də, gəlməyəcəkdiz?
– Çalışdığım klubu atıb gələ bilməzdim. Amma bu, işsiz olsaydım, şərtlər də uyğun olsaydı, təklifi qəbul edərdim mənasına gəlmir. Hər halda, mən sizin ölkədəki çətinlikləri, diqqət edilməsi lazım olan məsələləri onlara dedim. Artıq nə dərəcədə qavradılar, deyə bilmərəm. Mən üzərimə düşəni etdim. 

– “Neftçi” ilə əlaqəniz hələ də varmı?
– Bəli, var. Onların yoldaşlıq oyunlarını da izlədim. Özümü sanki o kollektivdən heç ayrılmamış kimi hiss etdim. Mən orda olarkən tanıdığım bütün futbolçular, işçilər və məşqçilərlə çox səmimi münasibətlərim var. Orada əziyyətim oldu. Komandamız çempion oldu. Yeganə uğursuz oyunumuz “Dinamo” (Zaqreb) matçı idi. Bundan savayı hər hansı uğursuzluğumu xatırlamıram. Mən ora ilk gəldiyim ildə çempion olduq. Yəni, bir “Dinamo” uğursuzluğu dünyanı sonu deyildi.

– Əgər dünyanın sonu deyildisə, niyə davam etməyib Türkiyəyə döndünüz?
– Çünki, bir nəfər bütün günahları bizim boynumuza yıxdı. 

– Kim?
– İndi orda kim çalışmırsa, o adam.

– Tahir Süleymanov?
– (gülür) Əlbəttə. Mətbuatda “Neftçi”nin “Dinamo” ilə oyunda heç mübarizə aparmadığı şəklində xəbərlər çıxmışdı. Halbuki, elə deyildi. İlk oyun televiziyadan canlı yayımlanmadı. 36-cı dəqiqəyə qədər 2 real qol şansımız vardı. Daha sonra Rail səhv etdi, onlar qol vurdu. Ardınca Rail rəqibə qarşı kobudluq etdi, hesab 0:2 oldu. Ondan sonra daha bir qol imkanımız oldu və o epizod qol olsaydı, fərqli nəticə ola bilərdi. Əvəzində üçüncü qolu buraxdıq. Amma həmin “Neftçi” ölkə çempionu oldu və Avropa Liqasının qrup mərhələsinə də vəsiqə qazandı. Nəticədə bu məğlubiyyət klubu dəyişmədi. Arif Əsədovun qurduğu komanda uğurları davam etdirirdi. Arif müəllim klubdan ayrıldıqdan 15 gün sonra mən də “Neftçi”dən getdim. Lakin yenə də həmin klub çempion oldu. Bütün əziyyəti Arif Əsədov çəkmişdi. Hazırda da klubla çalışır və yenə eyni siyasəti yürüdür. “Neftçi” Əsədovun rəhbərliyi altında bu siyasətlə davam edərsə, böyük uğurlar qazanacaq. Bu il də olmasa, gələn il olacaq.

– Tahir Süleymanov klub rəhbəri deyildi axı. Onunla problem ucbatından istefa vermək nə qədər məntiqlidi?
– Mənim heç kimlə şəxsi problemim yoxdu. Həmçinin Tahir bəylə. Onun olduğu dövrdə elə qərar verildi. O da kluba təsir etdi. Mən “Qarabağ”dan ayrılanda da heç kimlə şəxsi problemim yox idi. Amma xəbərim olmadan Qurban Qurbanov haqqında, klub haqqında  bir sıra yazılar yazıldı. Məni kimlərsə pis göstərmək istəmişdi. 

– Həmin “kimlərsə” dediyiniz insanları tapa bildinizmi?
– Tapmadım, amma təxmin edə bilirəm. Kim olduqlarını, hansı məqsədə xidmət etdiklərini başa düşə bilirəm, amma mənim üçün o qədər də önəmli deyil. Mən orada çalışdığım 3 il ərzində bir dəfə Azərbaycan çempionu oldum və Azərbaycan kuboku qazandım. İlk gəldiyimdə aşağı liqaya düşmək təhlükəsi yaşayan “Qarabağ” sonda 5-ci oldu. Yəni bunların hamısını mən etdim demirəm, amma ən azından mənim olduğum klublar nəticə qazanıblar. Səhvlərimiz də oldu. Doğru bildiyim məsələləri deməklə yanlışlıq etmişdim. Mənim “Qarabağ”la bir il müqaviləm vardı. Amma bu müqaviləni pozub ayrıldım.  Şəxsi qərarım bu idi. 

– Arif Əsədovla əvvəllər işləmisiz. Onun “Neftçi”yə qayıdışından sonra geri qayıtmaq fikriniz olubmu? Hər halda, Tahir bəy artıq orda deyil. 
– Arif Əsədovla hələ “Neftçi”yə qayıtmamışdan əvvəl də əlaqə saxlayırdıq. “Neftçi”yə qayıtdıqdan sonra da danışdım, uğur dilədim, əlimdən gələn hər cür kömək etməyə hazır olduğumu dedim. 

– “Neftçi” son dövrlər əvvəlki uğurlarının davamını gətirə bilmir. Avropada istənilən nəticəni vermir. Və kənardan baxanların bir çoxunda belə təəssürat yaranır ki, o çempionluqlar, qrupa düşmək təsadüf idi…
– “Neftçi”nin 3 il ardıcıl Azərbaycan çempionu olduğunu xatırlatmaq yerinə düşər. Avropadakı oyunlara gəlincə, inanıram ki, “Dinamo”nu keçsəydik, həmin mövsüm də ən azı qrup mərhələsinə vəsiqə qazanacaqdıq. Çünki biz heç transfer etmədən Avropaya çıxmışdıq.

– Transferə ehtiyac yox idi, yoxsa rəhbərlik izin vermədi?
– Ehtiyac vardı, amma rəhbərlik maddi problemlərin olduğunu əsas gətirib, yeni oyunçuların alınmasını uyğun bilmədi. Hər klub yüksəlişdə olduğu kimi, enişdə də ola bilir. Avropada uğrsuzluğun səbəbini təkcə məşqçidə axtarmaq düzgün deyil. Bu futbolçuların psixloji sıxıntılarından, baş məşqçidən, yaxud klub rəhbərliyindən də qaynaqlana bilər. Bu gün Azərbaycanda ən çox pul xərcləyən klub “Qarabağ”dı və bunun da qarşılığı olmalıydı. 

– Pul xərcləyib uğur qazana bilməyən klublar arasında “Xəzər Lənkəran”ın adını çəkdik. Bundan başqa, “Qəbələ” də var. Bəs onların uğur qazanmamasının səbəbi nədi?
– Onlar bir baş məşqçi ilə uzun müddət işləyə bilmədikləri üçün bu problemlə üzləşirlər. Mən klub prezidenti olsam, sistemi və fəlsəfəsi olmayan baş məşqçi ilə işləmərəm. Baş məşqçi götürdükdə əvvəlcə ondan sisteminin və futbol fəlsəfəsinin nə olduğunu soruşaram. Qısa və uzunmüddətli hədəflərini öyrənərəm. “Xəzər Lənkəran” da, “Qəbələ” də bu problemləri aşarsa inanıram ki, uğurlar qazana biləcək. Çünki klublarda maddi sıxıntılar yoxdu. 

– Türk futbolu niyə bu vəziyyətdədi? 10 il bundan əvvəllə müqayisə etsək, şiddətli enişin olduğunu görərik. 
– Türk futbolu hazırda yerlərdədi. Klubu idarə edən insanların zehniyyəti düzəlməlidi. Bunlar olmadıqda türk futbolunun inkişafı mümkünsüzdü. Bu problemlər baş məşqçi və ya futbolçularda deyil. Əslində, Azərbaycan və Türkiyə futbolunun vəziyyəti hardasa, eynidi. “Xəzər Lənkəran”dan və “Qəbələ”dən bəhs etdik. Bu hal təkcə Azərbaycanda olmur. İlin ortasında bağlanan klublar var. Səbəb isə təbii ki, rəhbərlikdi. Pulu verir, sonra klubu borca salır və sonda da yaxasını çəkib gedir. Digəri gəlir, yenə eyni siyasət və heç kim də onları sorğulaya bilmir. Bu səbəbdən klublar bağlanır. Azərbaycanın ən böyük üstünlüyü klub sayının az olmasıdı. Futbolu sevən kütlə var. Külli miqdarda pul xərcləyib keçmişdə ulduz olmuş futbolçuları məşçi gətirməklə futbolu inkişaf etdirmək olmaz. Məsələn, Kaxaber Sxadadzenin bir sistemi var, mən onun heyranıyam. Bundan sonra Gürcüstan milli komandasında çalışacaq və tam haqqıdı. Azərbaycana gedəndən bəlli bir fəlsəfəsi var. Doğru, ya yanlış – bunu deyə bilmərəm, amma o fəlsəfəyə uyğun hərəkət edib, transferlər edir. Həm də onun öz komandası var.

– Kaxa haqqında Azərbaycanda fikirlər haçalanır. Bir tərəf deyir ki, komandanın sistemi var, gözəl oyun oynayır, digər tərəf isə deyir ki, Azərbaycan futboluna kimləri qazandırdı?
– Bu Kaxanın siyasətidi, yoxsa klubun hədəfi? Bunu da araşdırmaq lazımdı. Mən Azərbaycana ilk gəldiyim dövrdə “Qarabağ”ın büdcəsi 1 milyon idi, amma hazırda 20 milyondu. Qurban Azərbaycan futboluna böyük uğurlar qazandırıb. Yəni uğur qazanmaq üçün pul xərcləmək sadəcə şou-biznesdi. “Qarabağ” çoxlu transferlər etdi, amma gənc, prespektivli futbolçuları da var idi. Məsələn, Rauf Əliyev. O, “Qarabağ”dan ayrılamamalı idi. Çünki klubun bir parçası idi. Həmçinin, Vaqif və Əfran. Amma klubun siyasətinə görə ayrıldılar, əvəzinə legionerlər gəldi və bu gələn oyunçular da klubu nə dərəcədə borclandırdı suallarını vermək lazımdı. “İnter” klubunda da, bəlkə də, belə bir siyasət olduğu üçün çox pul xərcləmədən bir sistem yarada bilib. Yəni bunları məşqçinin boynuna atmaq lazım deyil. Mən Azərbaycanda olarkən ən yaxşı aşağı yaş qrupuna sahib klub “İnter” idi və o sistemdən bir futbolçu çıxmırsa, deməli, bunu araşdırmaq lazımdı. Mən AFFA rəhbərliyinin yerinə olsam, Kaxaberi milliyə gətirərdim. Prosineçki Azərbaycan yığması ilə heç nə edə bilməyəcək. Berti Foqts üçün dediyimi Prosineçki üçün də deyirəm. 

– Amma Prosineçkini gətirənlər deyirlər ki, “Barselona”da, “Real”da oynayan futbolçu olub…
– Pele də dünyanın ən güclü futbolçusu olub, Maradona da həmçinin. Onlar məşqçilik edə bilmədi. Amma heç futbol oynamamış Mourinyo dünyanın ən güclü məşqçilərindəndi. Mən də çox güclü futbolçu deyildim, amma baş mışqçilikdə iddialıyam. Məsələn, “Qalatasaray”da Haci dönəmi var idi. Futbolçu kimi gördüyü hörməti baş məşqçi olanda görmürdü. Bu səbəbdən Prosineçki Azərbaycan futbolunun problemi üçün keçici bir həlldi. 

– Bir də deyirlər ki, Prosineçki Azərbaycan millisinin Avro-2020 bazasını hazırlamaq üçün gətirilib. Baza yaratmaq üçün Prosineçki nə dərəcədə düzgün seçimdi?
– Mən Prosineçkinin Azərbaycanı 2020-yə hazırlayacaq futbol fəlsəfəsinin, bilgisinin, təcrübəsinin olduğuna inanmıram. Çünki onda elə bir potensial da yoxdu. Gəldiyi klubu aşağı liqaya salan bir məşqçidən nə gözləmək olar? Bir ölkənin milli komandasına baş məşqçi axtarılırsa, orada çempion olmuş yerli mütəxəssis seçilməlidi. Məsələn, mən AFFA rəhbərliyinin yerinə olsaydım, Qurban Qurbanovla 10 illik müqavilə imzalayardım. Ən uyğun seçim bu olardı. Ya da Arif Əsədovla. Ağasəlim Mircavadovun da fikirlərindən faydalanmaq oları. Çünki Azərbaycan futbolunu bunlar daha gözəl bilir. Azərbaycan millisinə Almaniyanın aşağı liqalarında oynayan futbolçuları dəvət etmək düzgün deyildi. Berti Foqts illərdi yanlış seçimlər edirdi.

– Sizcə, bu yanlışlıqları Berti Foqts təkbaşına edirdi?
– Bəlkə də, kimlərsə ona deyirdi, o da həmin futbolçuları çağırırdı. Amma istənilən halda, bunu etməməli idi. Azərbaycan millisində oynamaq bu qədər asan olmamalıdır.

Saleh Arslan
Antalya, 19 yanvar

Son yazılar

To Top