“Bakı”dan ayrılan Risto Ristoviç Yunanıstan klubu ilə razılığa gəlib.
Korner.az-ın məlumatına görə, bu xıbər yunan mətbuatında yer alıb. Ristoviç “Larisa” ilə müqaviləyə imza atıb.
Qeyd edək ki, Risto Ristoviç 2013-cü ilin yanvarından “Bakı”da çıхış edən 26 yaşlı yarımmüdafiəçi ölkəmizdə 51 oyunda 5 qol vurub. O, əvvəllər Serbiyanın “Makva”, OFK, “Vuyiç”, “Banat” və “Novi Pazar” klublarında çıхış edib.