“Matçın “Qarabağ” üçün əhəmiyyəti var”
11.12.2019 , 20:05

Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertrand Krasson Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Qarabağ”la matçdan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Bu oyun o qədər də əhəmiyyətli deyil. Hissləriniz nədən ibarətdi?
– Biz də istəyirik ki, istirahətdən əvvəl bu oyunu yekunlaşdıraq. Bu matçın “Qarabağ” üçün əhəmiyyəti var. Bizim üçün mühüm önəm daşımasa da, sona qədər döyüşəcəyik.
– İlk oyunda 1:4 hesabıyla uduzmusuz, sabah nəyə ümid edirsiz?
– Son oyun bizim üçün faciəvi oldu. Bu, bir növ fərdi səhvlərdən, oyunun dayandırılmasıyla, qırmızı vərəqəylə bağlı olsa da, faciəvi idi. Səhvlərimizi təkrarlamamalıyıq. Elə etməliyik ki, o faciəvi gecəni unudaq.
