Nicat 2 qol vurdu, komandası…
11.12.2019 , 19:24

Azərbaycanlı futbolçu Nicat Qurbanov “Samtredia”nın heyətində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Gürcüstanın I Liqasında mübarizə aparan klub “Sioni” ilə keçirilən pley-off mərhələsinin cavab oyununda 4:1 hesablı qələbə qazanıb.
İlk oyunda 0:0 hesablı bərabərliyə razılaşan “Samtredia” bu qələbə sayəsində yüksək liqaya vəsiqə qazanıb.
Nicat bu oyunda 38 və 71-ci dəqiqələrdə fərqlənərək, iki qolla yadda qalıb. 27 yaşlı futbolçu Gürcüstan I Liqasında 6 qol vurub. Bu görüşdə fərqlənməklə isə o, qol sayını 8-ə yüksəldib.
