Ölkəmizdə qadın futbolunun təbliğatı ilə bağlı işlər davam edir. Korner.az– ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə,avqustun 29-da, saat 18:00-da Masallı Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA tərəfindən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı çərçivəsində «Live Your Goals» (Öz Məqsədini Yaşat) festivalı keçiriləcək.
