Dünən keçirilən "Beşıktaş"-"Qalatasaray" oyununun 86-cı dəqiqəsində baş hakim Bülənt İldırımın təyin etdiyi penalti söz-söhbətə səbəb olub.
Korner.az– ın məlumatına görə, Lİq TV-nin alman hakim şərhçisi Markus Merk qərarın səhv olduğunu deyib.
Merk bildirib ki, "Mən ilk əvvəl bir təmas varmış kimi gördüm. Burakın yıxılmasına bir təmasın səbəb olduğunu düşündüm, ancaq sonra gördüm ki, bu, yıxılmağa səbəb ola biləcək təmas deyil. Epizodu 10 dəfə izlədim. Faul olsaydı, cərimə meydançasından kənarda cərimə zərbəsi verilməliydi, çünki hadisə cərimə meydançasına daxil olmadan baş vermişdi".
